Tarixən, əsrlərdir Azərbaycanla Türkiyə xalqının bir-birinə bağlılığı həm siyasi, həm hərbi, həm də iqtisadi müstəvidə, həm də mənəvi baxımından xalqımız tərəfindən müsbət qarşılanmış, bu münasibətlərin gerçəkləşməsində siyasi, yaradıcı fəallar maraqlı olmuşdur.Bu əlaqələrin inkişaf səviyyəsi regional tərəqqiyyə mühüm töhfələr verir. Tarixi dostluq, qarşılıqlı etimad səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan - Türkiyə əlaqələri daim möhkəmlənir.Ümummilli Lider Heydər Əliyevin bir millət, iki dövlət olaraq xaraqterizə etdiyi Azərbaycan - Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə yeni müstəviyə keçməkdədir.Prezident Cənab İlham Əliyev: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk." Hazırda siyasi müstəvidə əlaqələrin ölkələrmiz arasında yüksək səviyyədə münasibətlərin formalaşması, gələcəkdə iqtisadi, hərbi, mədəniyyət, təhsil, turizm və sairə sahələrində inkişafında mühüm rol oynayacaqdır. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində əsası qoyulmuş Türkiyə-Azərbaycan dövlətləri arasında salınmış bu körpü illərdir ki, Prezident Cənab İlham Əliyevin siyasi fəaliyyəti sayəsində qorunub möhkəmlənir, hər gün dostluq münasibətlərimiz bir qədər də güclənməkdədir. ll Qarabağ müharibəsi dönəmində Türkiyə dövləti daim Azərbaycan xalqının yanında oldu, mənəvi, siyasi dəstəyini qardaş bildiyi Azərbaycan xalqından əsirgəmədi.44 gün çəkən Vətən müharibəsində daim öz dəstəyini xalqımızdan, dövlətimizdən əsirgəməyən Türkiyə dövlətinin Prezidenti Cənab Rəcəb Tayyib Ərdogan hər bir çıxışında Azərbaycan dövlətinin iyasi maraqlarını müdafiə etmiş, dünyanın diqqətini Azərbaycan xalqının qədim və əzəli torpağı olan Qarabağda baş verən hadisələrə cəlb etmək məqsədilə tarixi ədalətin müdafiə olunmasını öz fikirləri ilə bildirmişdir. 44 günlük Vətən müharibəsindən sonra regionda yeni siyasi dönəmin başlamasına rəvac verməsi tarixən iki ölkə Azərbaycan-Türkiyə dövlətləri arasında qardaşlıq çərçivəsində münasibətlərmizin hərtərəfli olaraq möhkəmləndirilməsi üçün yeni imkanlar yaratdı. Qətiyyətlə deyə bilərik ki, bu gün Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji lahiyələr fəaliyyət göstərir. Bakı-Tiblisi-Ceyhan neft, Bakı-Tiblisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasında əlaqələrin möhkəmliyini daha da artırmaqdadır. Prezidenti Cənab İlham Əliyev “Biz buna çox sevinirik, çünki, Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşməsi bizi daha da güclü edir".Azərbaycan-Türkiyə dövlətləri arasında siyasi əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə 02-03 İyun 2021-ci il tarixdə Ankarada Yeni Azərbaycan Partiyası ilə AKP arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində görüşlər keçirilməsi bir daha hər iki dövlətin hakim partiyaları arasında siyasi əlaqələrin yaranması, həm Şərqdə, həm də regionda siyasi güclərin birləşməsi üçün yeni siyasi mühitin formalaşması üçün önəmli hadisədir. Qardaş Türkiyə dövlətində səfərdə olan ölkəmizin hakim YAP-nın bir qrup əməkdaşı bir neçə gün ərzində olduqca yadda qalan və mühüm siyasi uğur hesab edilən görüşlər keçirmişdir. Dövlətlərarası siyasi münasibətlərin möhkəmlənməsi, parlamentlərarası əlaqələrin güclənməsi və sairə müstəvidə çox uğurlu əməkdaşlığa imza atılması məqsədilə YAP-sı ilə AKP-sı arasında görüşlər baş tutmuşdur. Türkiyə dövlət başçısı Cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən Türkiyədə səfərdə olan YAP-ın bir qrup əməkdaşını qəbul edən Cənab R.T.Ərdoğan bildirmişdir ki, “Əməkdaşlığın inkişafı hər iki tərəf üçün maraqlıdır”. Yeni Azərbaycan Partiyasının Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 2-də Türkiyənin hakim Ədalət və inkişaf Partiyası (AKP) Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş ilə görüşüb. YAP Sədrinin müavini Tahir Budaqov və AKP Sədrinin birinci müavini Numan Kurtulmuş YAP ilə AKP arasında əməkdaşlığa dair niyyət protokolunu imzalayıblar.Əlbəttə bu gün üçün və gələcək üçün atılan siyasi addımlar ümid edib inanırıq ki, hər iki ölkənin xalqlarının həyatında dövlətlərin siyasi gücünün artmasında mühüm rol oynayacaqdır. “Dinimiz bir, dilimiz bir, yolumuz bir ..” şair Bəxtiyar Vahabzadənin bu şerində qeyd edildiyi kimi, Türkiyə dövləti haqqın ədalətin yanında olmağı ilə dünyada mövcud olan iki siyasi oyunlara meydan oxuyur, bu bir reallıqdır. Bu gerçək dünyada artıq dövlətimizdə kimin yanında olmağını doğru-düzgün qiymətləndirərək Türkiyə dövləti ilə hər bir sahədə öz əməkdaşlığına imza atır və bu yolda siyasi əməkdaşlıq mövcud vəziyyətdə daha önəmli hesab edilir. Bu qardaş münasibət birləşən güc tezliklə dünyada böyük bir siyasi gücə çevrilərək Azərbaycan-Türkiyə dövlətlərinin siyasi meydanda sözünün qüdrətinə, sözünün keçərliyinə öz töhfəsini verəcəkdir.Yaşasın Azərbaycan –Türkiyə dövlətlərinin qardaşlığı!Aydın ƏLİYEV,Xocalı rayon ziyalısı